Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95275
az

Mərakeş kralı zəlzələdən zərər çəkənlərə 200 milyon dollar ianə verib

18:1215 Sentyabr, 2023
93
DÜNYA
  • A

Mərakeş kralı VI Məhəmməd və Mərakeş Mərkəzi Bankı zəlzələ qurbanları üçün açılan yardım hesabına 2 milyard dirhəm (təxminən 200 milyon dollar) ianə etmək qərarına gəlib.

Oxu24.com xəbər verir  ki,Mərakeş kral ailəsinə aid "Al Mada" qrupunun verdiyi yazılı açıqlamada zəlzələdən zərər çəkənlər üçün açılan xüsusi hesaba 1 milyard dirhəm (təxminən 100 milyon dollar) bağışlanmasına qərar verildiyi bildirilib.

Açıqlamada bu ianə planının qrupun əsas səhmdarı Kral VI Məhəmmədin təklifi ilə həyata keçirildiyi bildirilib.


Mərakeş Mərkəzi Bankı da açıqlamasında zəlzələnin təsirlərinin aradan qaldırılması üçün açılan xüsusi hesaba 1 milyard dirhəm yardım edəcəyini açıqlayıb.

Digər tərəfdən, bir çox ictimai qurum və özəl təşkilat zəlzələ qurbanları üçün açılan bank hesabına ianə etmə qərarı aldı.

Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib

Sentyabrın 8-də yerli vaxtla saat 23.10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsində olub.

Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.

Mərakeş Daxili İşlər Nazirliyi zəlzələdə 3 minə yaxın insanın öldüyünü, 5 min 674 nəfərin isə yaralandığını açıqlayıb.

Mərakeş Kral Məhkəməsi tərəfindən dünən edilən açıqlamada, zəlzələdən təsirlənən 5 bölgədə təxminən 50 min evin tamamilə və ya qismən dağıldığı ifadə edildi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı