Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95269
az

Boko Harama maddi-texniki dəstək verən 12 nəfər yaxalanıb

16:4015 Sentyabr, 2023
53
  • A

Nigeriyanın Yobe əyalətində Boko Haram terror təşkilatına maddi-texniki dəstək verən 12 nəfərin ələ keçirildiyi bildirilib.

Oxu24.com xəbər verir  ki,Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi yazılı açıqlamada ordunun Yobe əyalətinin Qucba bölgəsində Boko Harama qarşı əməliyyatlarını davam etdirdiyini bildirib.

Edvard Buba qeyd edib ki, əməliyyat zamanı terror təşkilatına maddi-texniki dəstək verən 12 nəfər saxlanılıb.

Buba ordunun ərzaq məhsulları, külli miqdarda yanacaq və 3,1 milyon naira (təxminən 106 min 600 TL) nağd pul ələ keçirdiyini bildirib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Finlandiyada rusların mənzillərinin müsadirəsini qanuniləşdirmək istəyirdilər
Tbilisidə etirazçılar parlament binası qarşısında - VİDEO
ABŞ ordusu Baltimorda körpünün bir hissəsini partladıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı