Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95258
az

Kim Çen Ina Rusiyanın təyyarə zavodları göstərilib

16:0215 Sentyabr, 2023
73
DÜNYA
  • A

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərini başa vuraraq Komsomolsk-na-Amurda hərbi və mülki aviasiya zavodlarına baş çəkib.

Oxu24.com xəbər verir  ki,bu barədə Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev məlumat verib.

Onun sözlərinə görə, Kim Çen In Komsomolsk-na-Amurda Su-35 və Su-57 qırıcılarının istehsal edildiyi Yu.A.Qaqarin adına təyyarə zavoduna baş çəkib. Bundan əlavə, KXDR rəhbəri Yakovlev PC müəssisəsində SJ-100 mülki təyyarələrinin istehsalı ilə tanış olub. Komsomolsk-na-Amurdan Kim Çen In zirehli qatarla Pxenyana yola düşüb.

Birləşmiş Ştatlar Şimali Koreyanı Rusiyaya Ukraynadakı müharibə üçün istifadə oluna biləcək sursat tədarükü ilə bağlı xəbərdarlıq edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib: “Şimali Koreyadan Rusiyaya istənilən silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozacaq”. "Vəziyyəti izləyəcəyik və lazım gələrsə, günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməkdən çəkinməyəcəyik."

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ