Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95182
az

Estoniya da rusları Avropadan kəsir

20:5013 Sentyabr, 2023
77
DÜNYA
  • A

Estoniya xarici işlər naziri Marqus Tsahkna saat 10:00-dan etibarən Rusiya nömrəli avtomobillərin ərazisinə buraxılmasını dayandırıb.


Oxu24.com xəbər verir  ki, bu  barədə Tsahkna özünün X (keçmiş Twitter) səhifəsində yazıb: “Ukrayna qalib gələnə qədər onlar azadlığın gətirdiyi imtiyazlardan istifadə etməməlidirlər”.

Bu qərar Avropa Komissiyasının 8 sentyabr tarixli tövsiyələri əsasında qəbul edilib. Bu tövsiyələrə görə, ruslar Rusiyada qeydiyyatda olan avtomobillərlə Avropa Birliyinə daxil olmamalıdırlar. Avropa Komissiyası dünən avtomobillərə diqqət yetirərək tövsiyələrini yenilədi.

2022-ci ildə Estoniya artıq Şengen zonasından kənar ölkələrdən turist vizası olan ruslara icazə verməyi dayandırıb.

Latviya Xarici İşlər Nazirliyi də Avropa Komissiyasının tövsiyələrini dəstəkləyib. Litvanın xarici işlər nazirinin müavini Jovita Neliupsiene tövsiyələrlə razılaşdı, lakin Kalininqrad vilayətinə gedən avtomobillər üçün istisna əlavə etdi.

Eyni zamanda, Finlandiya Avropa Komissiyasının göstərişlərinə əməl etməmək və öz sərhədində Rusiya dövlət nömrə nişanlı avtomobilləri müsadirə etməmək qərarına gəlib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ
Priqojinin məzarını betonladılar - FOTO/VİDEO
Rusiyada tanınmış jurnalist vəfat edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı