Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95154
az

Danimarka Ukraynaya böyük yardım paketi göndərəcək

19:3612 Sentyabr, 2023
80
  • A

Oxu24.com BBC -yə istinadən xəbər verir ki, Danimarka Ukraynaya tanklar və piyadaların döyüş maşınları da daxil olmaqla 830 milyon dollar dəyərində yeni hərbi yardım paketini təsdiqləyib.


Danimarka Maliyyə Nazirliyinin məlumatına görə, vəsaitin böyük hissəsi 2023-cü ilin sonuna qədər ayrılacaq.

Yeni yardım paketinə “tanklar, piyada döyüş maşınları, tank sursatları və hava hücumundan müdafiə silahları” daxildir.

Bu, Danimarkanın Rusiya işğalı başlayandan bəri Ukraynaya köçürdüyü 12-ci və ən böyük paketdir.

Bu qərar Ukraynanın müttəfiqlərinin Ramşteyn formatında növbəti görüşündən əvvəl qəbul edilib. Hər ay keçirilən belə konfranslarda Kiyevə hərbi yardımın ayrılması müzakirə olunur.

Danimarkanın baş naziri Mette Frederiksen bu yaxınlarda Kiyevə səfər edib və daha əvvəl Vladimir Zelenski ilə görüşdə 19 F-16 qırıcısını Ukraynaya təhvil verəcəyini vəd edib.

Bu il Danimarka da Ukraynaya Leopard 2 tankları bağışlayıb.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb