Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94990
az

Rusiyalı hakerlər ABŞ və Britaniyanın sanksiyalarına məruz qalıb

22:3407 Sentyabr, 2023
84
DÜNYA
  • A

ABŞ və Böyük Britaniya “Trikbot” haker qrupunun üzvü olduğu güman edilən 11 rusiyalıya qarşı sanksiya tətbiq edib.

Oxu24.com xəbər verir  ki,bu barədə ABŞ Maliyyə Nazirliyi və Böyük Britaniya hökuməti məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyi iddia edir ki, “Trikbot” haker qrupunun “Rusiya kəşfiyyat xidmətləri ilə” əlaqəsi var və onun hədəfləri Amerika hökuməti, şirkətləri və xəstəxanaları olub.

Departament deyir ki, koronavirus pandemiyası zamanı Trickbot iştirakçıları "Birləşmiş Ştatlarda bir çox kritik infrastruktur və səhiyyə təminatçılarını hədəf alıblar".


Nazirlik Trickbot haker qrupunu eyniadlı bank virusunun yaradıcısı kimi adlandırır; bu Trojan ilk dəfə 2016-cı ildə müəyyən edilib. Troyan Rusiyada yerləşməyən şirkətlərin maliyyə məlumatlarını oğurlamaq üçün istifadə edilib.

Amerika və Britaniya kəşfiyyat agentliklərinin hesablamalarına görə, hakerlər azı 180 milyon dollar pul qoparmaqda iştirak ediblər.

BBC-nin məlumatına görə, Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi qrup üzvlərinin “demək olar ki, şübhəsiz” ilk növbədə mənfəət güddüyünü və buna əsaslanaraq qurbanları seçdiyinə inanır. Bununla belə, təşkilat etiraf edir ki, onlar Rusiya xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb və onlardan tapşırıqlar alıblar.

 

Müəllif: Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı