Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9495
az

Kimisi sağ-salamat qurtulacaq ,Kimisi tikanlara ilişib didik-didik ediləcək - Axirətdə başımıza gələcəklər

12:4731 Yanvar, 2019
1072
DÜNYA
  • A
 
Oxu24.com  xəbər  verir  ki, Sirat sözü aydın yol deməkdir. Sirat Qiyamət günü Cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək bütün insanlar onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki cənnətliklər onun üzərindən keçib Cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır.

Uca Allah buyurur:

“İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik” (Məryəm, 71-72).
Burada Cəhənnəmə varid olacaq deyildikdə, Siratın üstündən keçmək nəzərdə tutulur. Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “...Bundan sonra Körpü gətiriləcək və Cəhənnəmin üzərində qurulacaqdır.” Soruşduq: “Yə Rəsulullah! O nə körpüdür elə?” Dedi: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən – kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi də ən bərk qaçan cins at və ya adi bir atlı kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Lap axırıncılar isə o Körpünün üstündən sürünə-sürünə keçəcəklər”.
Siratı vəsf edən bir çox dəlillər vardır. Onların məzmunu ondan ibarətdir ki, sirat tükdən nazik, qılıncdan iti və həm də sürüşkəndir. Uca Allahın sabitqədəm etdiklərindən başqa heç kəs onun üzərində dura bilməyəcək, zülmətdə insanlara onların imanlarına görə nur saçılacaq və az öncə qeyd etdiyimiz hədisdə göstərildiyi kimi, imanlarına görə onun üzərindən keçəcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: İt  azərbaycanlının  barmağını qopardı
Tükürpədən görüntü: Suya salınan pişik
Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi