Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94902
az

Rusiya Mərkəzi Bankı valyuta satışlarını təxminən 10 dəfə artıracaq

13:0406 Sentyabr, 2023
104
DÜNYA
  • A

Rusiya Mərkəzi Bankı daxili bazarda gündəlik xarici valyuta satışının müvəqqəti olaraq 2,3 milyard rubldan 21,4 milyard rubla (təxminən 220 milyon dollar) çatdırılacağını açıqlayıb.

Oxu24.com xəbər verir ki,Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada, 16 sentyabrda ödəniləcək Rusiya Avrobond emissiyasının xarici valyutada ödənilməsi ilə əlaqədar daxili bazarda valyuta satışlarının sürətləndiriləcəyi qeyd edilib.

Bankın 14-22 sentyabr tarixlərində daxili bazarda valyuta satışlarını 2,3 milyard rubldan 21,4 milyard rubla yüksəldəcəyi bildirilən açıqlamada sözügedən addımın müvəqqəti olduğu vurğulanıb.

Ekspertlər bildirirlər ki, sözügedən qərar son vaxtlar xarici valyutalar qarşısında dəyərini itirən rublun məhdud sabitliyini təmin edə bilər.

Mərkəzi Bank rublun ucuzlaşması ilə əlaqədar avqustun 15-də siyasət faizini 8,5 faizdən 12 faizə qaldırıb və növbəti iclasda əlavə faiz artımı edə biləcəyinə işarə edib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi