Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94886
az

ABŞ Şimali Koreyanı Rusiyaya silah verməməyə inandırmaq niyyətindədir

23:2605 Sentyabr, 2023
80
DÜNYA
  • A

Dövlət Departamenti: ABŞ Şimali Koreyanı Rusiyaya silah tədarükünü dayandırmağa inandırmaq istəyir

Vaşinqton Moskva və Pxenyan arasında müdafiə xəttində əməkdaşlıqda irəliləyiş görür, lakin KXDR-i Rusiya tərəfini silahla təmin etmək planlarından imtina etməyə inandırmağa davam edəcək.

Oxu24.com  RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Təhlillərimiz göstərir ki, KXDR və Rusiya arasında müdafiəyə dəstək üzrə danışıqlar indi irəliləyir... Lakin biz Şimali Koreyalıları addım atmamağa  inandırmaq üçün imkanlar axtarmağa davam edəcəyik”,-deyə qeyd edib.

Avqustun 30-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ administrasiyası Moskva və Pxenyanın hərbi-texniki əməkdaşlığı artırması səbəbindən Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Bundan əvvəl Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam demişdi ki, KXDR-in dövlət işləri üzrə sədri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə iki ölkə arasında əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib. 

İyul ayında ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Şoyqunun Şimali Koreyaya səfərinin məqsədlərindən biri Ukraynadakı döyüşlər üçün silah təchizatını təmin etməkdir.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək