Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94870
az

“Challenger 2” istifadə edildiyi 30 ildə ilk dəfə Ukraynada məhv edilib

20:2205 Sentyabr, 2023
81
  • A

Ukraynada müharibə başlayandan bəri  Rusiya ordusu ilk dəfə  “Challenger 2”  tankını vurub.

Bu son üç onillikdə məhv edilən  modelin ilk tankı olub.

Oxu24.com  xəbər verir  ki,Bu barədə “The Guardian” məlumat yayıb.


1994-cü ildə ilk istifadə edildiyi gündən bəri heç bir Challenger 2 döyüşdə itirilməyib.

The Guardian yazır ki, Böyük Britaniya 2023-cü ilin əvvəlində Avropadan ağır zirehli zirehli daşınmaların bir hissəsi olaraq Ukraynaya 14 analoji tank ötürdü, lakin onların cəbhə xəttində istifadə edilib-edilməməsi hələ də bəlli deyil.

Məlumdur ki, tanklar Ukrayna Silahlı Qüvvələrinin 82-ci Hava Hücum Briqadasına təhvil verilib və Kiyev cəbhə xəttində irəliləyiş olacağı təqdirdə onları ehtiyatda qoymağa ümid edirdi. Lakin 2023-cü ilin avqustunda Rabotino kəndi yaxınlığında Zaporojyenin əsas cəbhəsində döyüşə buraxılıb.

Daha əvvəl bildirilmişdi ki, Böyük Britaniyanın Ukraynaya verdiyi “Challenger 2” tankı Zaporojye vilayətində Rusiya hərbçiləri tərəfindən məhv edilib. Bu barədə “Biz Rusiya ilə birlikdəyik” yerli ictimai hərəkatının rəhbəri Vladimir Roqov məlumat verib.

 

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək
Dünyaca məşhur aktyor vəfat etdi
Rusiya zirehli texnikası Yalamada – VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub