Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94818
az

Şoyqu Kim Çen Inı birgə hərbi təlimlər keçirməyə dəvət edib

17:0904 Sentyabr, 2023
121
DÜNYA
  • A

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inı birgə hərbi təlimlər keçirməyə, artilleriya mərmiləri və raketlərin ticarətini müzakirə etməyə dəvət edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “The Korea Times” Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən xəbər verir.


“Kəşfiyyat hesabatları göstərir ki, Rusiya bu yaxınlarda Şimali Koreyaya artilleriya mərmiləri və raketlərin ticarəti ilə yanaşı, birgə hərbi təlimlər keçirməyi təklif edib. Ehtimal olunur ki, Şimali Koreya Rusiyadan köhnəlmiş hərbi texnikanın təmiri və texnologiyanın ötürülməsini xahiş edib”, - Cənubi Koreya Nümayəndələr Palatasının üzvü Yoo Sanq-Bum bildirib.

Lakin hazırda KXDR-in Rusiyanın bu təklifini qəbul edib-etməməsi barədə məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Şimali Koreya mövcud olduğu bütün tarixində başqa ölkələrlə birgə hərbi manevrlər keçirməyib.

Qeyd edək ki, Sergey Şoyqunun Pxenyana səfəri iyulun sonunda baş tutub və onun məqsədi ABŞ kəşfiyyatının məlumatına görə, silah, o cümlədən artilleriya sursatlarının tədarükü ilə bağlı yeni müqavilələr bağlamaq olub. Bu sövdələşmələr həyata keçirilsə, BMT Təhlükəsizlik Şurasının qətnaməsini poza bilər.

Şimali Koreya 2014-cü ildə Krımın ilhaqından sonra Ukraynadakı hərəkətlərində Rusiyaya dəstək verib və Ukraynanın 4 rayonunun Rusiyaya birləşdirilməsini tanıyan ilk ölkə olub.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kuba prezidenti Rusiyaya xüsusi əməliyyatda uğurlar arzulayıb
Xi Jinping Macarıstana ümid edir
Amerikalı general Ukrayna Silahlı Qüvvələri üçün məyusedici proqnoz verib

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO