Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94810
az

MAQATE İranda zənginləşdirilmiş uranın ümumi ehtiyatlarının azaldığını bildirib

14:4304 Sentyabr, 2023
106
DÜNYA
  • A

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda zənginləşdirilmiş uranın ümumi ehtiyatının hazırda azalmağa davam etdiyini bildirib.

Oxu24.com xəbər verir  ki,bu barədə TASS AFP-yə istinadən xəbər verir.

MAQATE həmçinin vurğulayıb ki, hazırda İran nüvə sazişi çərçivəsində tətbiq edilən məhdudiyyətlərdən yan keçməyə davam edir.

Bu barədə MAQATE-nin hesabatında məlumat verilib. Aydınlaşdırılıb ki, “İranda zənginləşdirilmiş uranın ehtiyatları sonuncu rüblük hesabatın dərcindən sonra 949 kq azalaraq 3795,5 kq-a düşüb”.

Bundan əvvəl İranın Vyanadakı səfiri Möhsün Naziri Asl bildirib ki, nüvə sazişi ilə bağlı son məsələlərin həlli şansı var. Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının hazırkı vəziyyəti Amerika siyasətinin və yanlış hesablamalarının nəticəsidir.

Həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın nüvə sazişinin bərpası üzrə danışıqlardakı rolunu dəyərləndirib.

Bundan əvvəl media Avropanın İranla nüvə sazişini pozmaq planlarından xəbər tutmuşdu.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib
ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb