Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94805
az

Ermənilərin istifadə etdiyi PUA-ların bu ölkəyə aid olduğu üzə çıxdı - VİDEO

14:1704 Sentyabr, 2023
84
DÜNYA
  • A

Dünən günorta saatlarında Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatını istehsalçısı məlum olub.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, aparat ABŞ şirkəti "Micro Aerial Projects" tərəfindən hazırlanıb.

Şirkətin rəsmi səhifəsində sözügedən PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir.

Hərbi ekspert Ramil Məmmədli "Xəzər Xəbər"ə deyib ki, Ermənistanın bu addımı ölkə ordusunun hansı səviyyədə olduğunu sübut edir. Mülki və elmi təyinatlı aparata kustar üsulla hazırlanmış müyyən texniki vasitələr əlavə edərək hərbi məqsədlər zamanı istifadə etmək yalnız bu ölkənin ağlına gələ bilər.

Ekspertin istehsalçının öhdəliklərinə də diqqət çəkib. Bildirib ki, hər bir şirkət öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə edildiyinə görə məsuliyyət daşımalıdır.

Görəsən, Ermənistan 44 günlük vətən müharibəsində istər silah təchizatı, istər şəxsi heyətin peşəkarlığı, istərsə də tətbiq edilən döyüş manevrləri ilə dünyaya səs salan Azərbaycan ordusunun qarşısına bu kimi dırnaqarası silahlarla çıxmaq istəyirmi?

Rəsmi İrəvan bu sual haqqında dərindən düşünməlidir. Bu ölkə heç də uzaq olmayan keçmişdən dərs çıxarmalıdır. Əks halda 3 il əvvəl olduğu kimi yenə sinifdə qalacaq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı