Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94769
az

Suriyada hərbi məhkəmələr ləğv edilib

20:2403 Sentyabr, 2023
69
DÜNYA
  • A

Suriya prezidenti Əsəd fərmanla hərbi məhkəmələri ləğv edib

Suriya prezidenti Bəşər Əsəd 2012-ci ildən silahlı qarşıdurma zamanı fəaliyyət göstərən hərbi məhkəmələri ləğv edən fərman verib.

Oxu24.com xəbər verir  ki,bu barədə SANA agentliyi məlumat yayıb.

Sənədə əsasən, əvvəllər başlanmış bütün cinayət işləri hərbi prokurorluğun yurisdiksiyasına veriləcək. Qeyd olunur ki, məhkəmə istintaqı cinayət məcəlləsinin müddəalarına və hərbi ədalət prinsiplərinə uyğun aparılacaq.

“Al Modon” portalının məlumatına görə, Əsədin fərmanı Suriya hökumətinin ölkədə milli harmoniyanın möhkəmləndirilməsi istiqamətində atdığı addımlarla bağlıdır.

Əsəd avqust ayında Rusiya və İranın dəstəyinin ölkənin böhrandan çıxma qabiliyyətinə mühüm təsir göstərdiyini bildirib.

Bundan əvvəl Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib ki, Rusiya Suriyada Rusiya hərbçilərinə qarşı silahlıların təxribatlarına yol verməyəcək.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanıldı
Finlandiyada rusların mənzillərinin müsadirəsini qanuniləşdirmək istəyirdilər
Tbilisidə etirazçılar parlament binası qarşısında - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı