Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94761
az

Deputat həbs edildi

13:2303 Sentyabr, 2023
117
DÜNYA
  • A

Qırğızıstan parlamentinin müxalifətçi deputatı Adaxan Madumarov dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti respublikanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

“Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq Xidməti yüksək rütbəli məmurların dövlətə xəyanət faktı ilə bağlı cinayət işini araşdırır. 2023-cü il sentyabrın 2-də Qırğızıstanın Təhlükəsizlik Şurasının keçmiş katibi Madumarov Adaxan Kimsanbayeviç cinayət işi çərçivəsində saxlanılıb”, - idarənin mətbuat xidmətindən bildirilib.

Onlar qeyd ediblər ki, şübhəli şəxs istintaq təcridxanasında saxlanılacaq, hazırda araşdırmalar davam edir. Başqa şərh verilmir.

Mətndə deyilir ki, iyun ayında ölkə parlamenti Baş Prokurorluğun sorğusundan sonra Madumarovun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verib.

Adaxan Madumarov dörd çağırış deputatdır, 2011 və 2017-ci il seçkilərində Qırğızıstan prezidentliyinə namizəd, müxalif Vahid Qırğızıstan Partiyasının lideridir. 2008-ci ilin oktyabrından 2009-cu ilin oktyabrına qədər Qırğızıstan Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər