Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94728
az

Çin Türkiyənin BRİKS-ə qoşulmasından danışır

21:3602 Sentyabr, 2023
95
DÜNYA
  • A

Çinin Ankaradakı səfiri Liu Şaobinq Çinin Türkiyənin BRİKS-ə qoşulmasını istədiyini bildirib.

Oxu24.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.

Diplomat qeyd edib ki, BRİKS-in genişlənməsi prosesi Çin Xalq Respublikasının sədrliyi dövründə başlayıb.

Liu Şaobinq 20-dən çox ölkənin BRİKS-ə üzv olmaq üçün müraciət etdiyinə və daha 6 dövlətin təşkilata qəbul edildiyinə diqqət çəkib.

O əlavə edib ki, assosiasiyanın genişlənməsi beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən idi.

“Bu, tarixi bir başlanğıc idi. Çin kimi Türkiyənin də BRİKS-ə qoşulmasını istəyirik. Biz inkişaf etməkdə olan ölkələrlə birlikdə inkişaf edəcəyik. Biz birlikdə böyüyəcəyik. BRİKS-in genişlənməsi inam verdi. Bu, ölkələr arasında həmrəylik hissini gücləndirdi. Bu, həm də beynəlxalq ədalət üçün vacibdir”, - diplomat bildirib.

Bundan əvvəl Quincy İnstitutunun Qlobal Cənub proqramının rəhbəri Saronq Şidor demişdi ki, BRİKS-in genişlənməsi böyük güc kimi ABŞ-a zərbədir, eyni zamanda Vaşinqton üçün bir fürsətdir. O qeyd edib ki, BRİKS-in genişlənməsi bir çox ölkələrin qlobal nizamdan narazılığının və orada öz yerlərini yaxşılaşdırmaq istəyinin göstəricisidir.

BRİKS Klubu rəsmi olaraq 2006-cı ildə SPIEF-də yaradılıb və əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çindən ibarət olub, 2010-cu ildə Cənubi Afrika da ona qoşulub.

22-24 avqust tarixlərində Yohannesburqda keçirilən BRİKS sammitində qərara alınıb ki, 2024-cü il yanvarın 1-dən onun tərkibinə Argentina, İran, Efiopiya, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxil olsun.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı