Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94677
az

Cənubi Koreya Şimali Koreyanın "təhlükələrinə" qarşı çıxmaq üçün İHA Əməliyyat Komandanlığı yaradır

22:5301 Sentyabr, 2023
74
DÜNYA
  • A

Şimali Koreyanın “PUA təhdidləri”nə qarşı pilotsuz uçuş aparatları əməliyyatları aparmaq üçün Cənubi Koreya Baş Qərargahının nəzdində komanda mərkəzi yaradılıb.


Oxu24.com xəbər verir  ki,Cənubi Koreya Baş Qərargahında (JCS) ordunun bütün silahlı qüvvələrini əhatə edən Pilotsuz Uçuş Aparatı (PUA) Əməliyyat Komandanlığının yaradılması mərasimi keçirilib.

Prezident Yoon Suk Yeol, onun yoxluğunda mərasimdə oxunan mesajında ​​Şimali Koreyanın pilotsuz təyyarələrinə toxunaraq komandanlığın fəaliyyətinin “düşmənə qorxu, xalqa inam” verməsini arzulayıb.

JCS bildirib ki, komandanlığın məqsədi İHA-lardan müxtəlif asimmetrik təhlükələrin, o cümlədən İHA-lar, nüvə silahları və digər kütləvi qırğın silahlarının qarşısını almaq üçün istifadə etməkdir.

Şimali Koreyaya məxsus 5 PUA Cənubun hava məkanını pozub

Cənubi Koreya 2022-ci ilin dekabrında Şimali Koreyaya məxsus 5 İHA-nın onun hava məkanını pozduğunu və onlardan birinin paytaxt Seula uçduğunu açıqlamışdı.

Bəyanatda Şimal tərəfinin təxribatlarına “sərt və haqlı” cavab veriləcəyi vurğulanıb.

Cənubi Koreya prezidenti Yoon Suk-yeol 5 Şimali Koreya pilotsuz təyyarəsinin Cənubun hava məkanını pozmasından və onlara qarşı əməliyyatların uğursuzluğa düçar olmasından sonra silahlı qüvvələrin kəşfiyyat və müşahidə imkanlarını təkmilləşdirməyi öhdəsinə götürüb.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qusar bələdiyyəsinin sədri həbs olundu