Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94648
az

ABŞ Rusiya və Çin arasındakı tərəfdaşlığı İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükə adlandırıb

18:0901 Sentyabr, 2023
56
  • A

Rusiya və Çin arasındakı tərəfdaşlıq İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükədir.

Oxu24.com xəbər  verir ki,“Fox News”un məlumatına görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol deyib.

“Biz İkinci Dünya Müharibəsindən bəri Avropa və Sakit Okean üçün bu böyüklükdə təhlükə görməmişik”,-deyə o bildirib.

Avqustun 15-də Çinin müdafiə naziri Li Şanfu bəyan edib ki, Moskva ilə Pekin arasında hərbi sahədə əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib. Hərbi idarənin rəisi qeyd edib ki, Rusiya Federasiyası və Çin tədricən hərtərəfli tərəfdaşlığa və strateji qarşılıqlı fəaliyyətə doğru irəliləyir.

Bundan əvvəl Çinin Rusiyadakı səfiri Zhang Hanhui bildirib ki, NATO-nun Asiya-Sakit okean regionunda hərəkətləri Rusiya və Çinə qarşı yönəlib. Onun fikrincə, Pekin və Moskvanı sıxışdırmaq və cilovlamaq, həmçinin qlobal hegemonluğu saxlamaq üçün ABŞ-a Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsi lazımdır.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi