Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94467
az

Rusiya ilə Bolqarıstanın münasibəti kəskin pisləşib

18:4029 Avqust, 2023
72
DÜNYA
  • A

Rusiya Federasiyası ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər bütün post-sosializm dövründə ən aşağı səviyyəyə çatıb.

Oxu24.com xəbər verir  ki,bu barədə TASS-a Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova məlumat verib.

“Bu gün ikitərəfli münasibətlərimizin səviyyəsi bütün post-sosializm dövründə ən aşağı səviyyədədir”, - diplomat qeyd edib.

Onun sözlərinə görə, bolqar həmkarları nəyəsə ehtiyac duyduqları halda zəng edirlər və çox vaxt Rusiya nümayəndəliyinin maraqlarına məhəl qoyulmur. Siyasətçilər və jurnalistlər ölkədə baş verən bütün neqativləri Rusiya ilə bağlamağa çalışır, “güclü Rusiya təsirindən” danışırlar.

“Lukoyl”un işinin timsalında səfir izah edib ki, o, Bolqarıstandakı siyasətçilərin Rusiyanı qarşılıqlı maraq dairəsindən “sıxıb çıxarmaq” istəyini görür. O, 1999-cu ildə “Lukoyl Neftochim Burgas” müəssisəsinin açılışını xatırladıb.

Mitrofanova diqqəti ona yönəldib ki, səfirlik kadr çatışmazlığına baxmayaraq, işi tam təmin edə bilib.

Avqustun 22-də Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (TsAMTO) direktoru İqor Korotçenko bildirib ki, Bolqarıstan Ukraynaya silah tədarük etməklə “anbarları təmizləyir”.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ