Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94446
az

Ukraynanın dövlət borcu iyulda dörd milyard dollar artıb

22:3728 Avqust, 2023
98
DÜNYA
  • A

Maliyyə Nazirliyi: Ukraynanın dövlət borcu iyulda dörd milyard dollar artıb

31 iyul 2023-cü il tarixinə Ukraynanın dövlət borcu 132 milyard dolları keçib ki, bu da 4,860,59 milyard UAH-a bərabərdir.

Oxu24.com xəbər verir  ki,bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

"31 iyul 2023-cü il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcu 4 860,59 milyard UAH və ya 132,92 milyard dollar təşkil edib", - Ukrayna Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, dövlət və dövlət zəmanəti ilə xarici borc 3 319,19 milyard UAH və ya 90,77 milyard dollar təşkil edir. İyulda dövlət borcunun dörd milyard dollar artdığı da bildirilir.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın dövlət borcunun 2023-cü ildə ÜDM-in 88,1%-nə, 2024-cü ildə 98,6%-ə, 2025-ci ildə isə 100,7%-ə qədər artacağını proqnozlaşdırır. Təşkilatın proqnozlarında qeyd olunur ki, 2025-ci ildən sonra Ukraynanın dövlət borcunun səviyyəsinin azalacağı və 2026-cı ildə ÜDM-in 99,5%-ni, 2027-ci ildə isə 98,4%-ni təşkil edəcəyi gözlənilir. Eyni zamanda, 2022-ci ildə BVF Ukraynanın dövlət borcunu ÜDM-in 78,5%-i səviyyəsində qiymətləndirib.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun Rusiyadan olan icraçı direktoru Aleksey Mojin Qərb dövlətlərinin açıq-aşkar beynəlxalq ticarət, maliyyə, dollar və avronun özünün silahı kimi istifadə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu gün bu, dünya iqtisadiyyatının dönməz şəkildə parçalanmasına gətirib çıxarır.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstanı sanksiyalarla HƏDƏLƏDİ
Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi