Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94428
az

Ukraynalı pilotlar  Qərb təlimatçılarını başa düşmürlər  -  FINANCIAL TIMES

18:0628 Avqust, 2023
109
DÜNYA
  • A

Oxu24.com xəbər  verir  ki,“Financial Times” yazır ki, ukraynalı pilotların Almaniya və Danimarkada təlimi zamanı səriştəli tərcüməçilərin olması ilə bağlı problem yaranıb.


Avropa İttifaqının çoxmillətli təlim missiyasının rəhbərinin müavini, hollandiyalı briqada generalı Martin Bonn “tərcüməçilərin bir nömrəli problem olduğunu” vurğulayıb.

O qeyd edib ki, Ukrayna və Qərb ölkələrindən olan tərcüməçilər gündəlik nitqdə belə sözlərdən istifadə olunmadığından texniki və hərbi terminlərin tərcüməsində tez-tez çətinlik çəkirlər.

İlin sonuna kimi 10 minə yaxın ukraynalı əsgər Almaniyada təlim keçməlidir.

Həmçinin, səkkiz ukraynalı pilotun və yardımçı heyətin F-16 qırıcılarını idarə etmək üçün təlim keçdiyi Danimarkada tərcüməçilərlə bağlı problem yaranıb.

Bundan əlavə, FT-yə görə, müxtəlif hazırlıq səviyyələrinə və yaşda olan hərbi qulluqçular, hətta 71 yaşlı könüllü də daxil olmaqla, təlimə göndərilib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarova Britaniyanın rus diplomatlarına qarşı mövqeyinə belə reaksiya verdi
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
Rusiyasız sülh şansı azdır - Ərdoğan

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı