Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94396
az

Skuterlər  tamamilə qadağan edilə bilər

22:1627 Avqust, 2023
79
DÜNYA
  • A

Senator Yelena Afanasyeva sentyabrın 1-dən şəhərdə elektrik skuterlərindən istifadəni qadağan edən Paris hakimiyyətinin qərarını dəstəkləyib.

Oxu24.com xəbər verir ki,"Düzgün qərar! Mən inanıram ki, Rusiya bu yolla getməlidir", - o, Telegram kanalında yazıb.

Senatorun sözlərinə görə, şəhərdə elektrik skuterlərindən istifadəyə tam qadağa qoyulması bir çox insanın sağlamlığını və həyatını xilas edəcək, bəzilərini isə həbsxanadan xilas edəcək.

Daha əvvəl bildirilmişdi ki, Parisdə sentyabrın 1-dən elektriklə işləyən skuterlərin icarəsi mümkün olmayacaq. Meriya bu nəqliyyat vasitələrinə sahib olan üç özəl operatorla müqaviləni yeniləməyəcək. Təchizatçılar özləri onları şəhərin küçələrindən yığışdırmalı olacaqlar.

Bundan əvvəl Moskvada elektriklə işləyən skuterin beş yaşlı uşağı yıxdığı barədə məlumat yayılmışdı. Uşaq xəstəxanaya yerləşdirilib.

 

Müəllif:Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb