Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94346
az

“Vaqner” rəhbərinin ölümündən sonra əmlak və varidatı açıqlandı

20:5926 Avqust, 2023
81
DÜNYA
  • A

Təyyarə qəzasında həlak olan "Vaqner" xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.

OXU24.COM  bildirir ki, "Vaqner" rəhbərinin əsas rəsmi aktivi "Konkord menecment və konsaltinq" şirkətidir.

Bu şirkət əsasən restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olur. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan "Riteyl" kompaniyası və videofilmlərin yayılması üzrə ixtisaslaşan "Aurum" korporasiyasına, eləcə də Soçi, Moskva və Sankt-Peterburqda restoranlara malik olub.

Y.Priqojin bundan əlavə, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan "Europolis" və Sudanda qızıl hasilatı üzrə məşğul olan "M Invest" şirkətləri də onun olub.

Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı onun mülkiyyətidir.

Xatırladaq ki, avqustun 23-də "Vaqner"in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü