Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94259
az

Lavrov  BMT-nin baş katibi Quterreşlə danışıqlar aparıb

22:0424 Avqust, 2023
76
DÜNYA
  • A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrikada keçirilən BRİKS sammiti çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparır.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

 

“Sergey Lavrovun BMT-nin baş katibi [Antonio Quterres] ilə danışıqları”, - diplomat Rusiya xarici işlər naziri və dünya təşkilatının baş katibinin birgə fotosunu yerləşdirərək yazıb.



Zaxarova danışıqların mövzularını açıqlamayıb. Yəqin ki, dayandırılmış taxıl sövdələşməsi mövzusuna toxunulub.


Xatırladaq ki, BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir. Bu, son illərdə Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının ən böyük görüşünə çevrildi.

Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də olub. Rusiya prezidenti Vladimir Putin sammitin tədbirlərində videobağlantı vasitəsilə çıxış edib. Bu gün assosiasiya üzvləri yekun bəyannamə qəbul edərək 2024-cü ildən altı yeni ölkənin: Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiyanın təşkilata üzvlüyünü elan ediblər. Rusiya Xarici İşlər Nazirliyi BRİKS sammitinin nəticələrini parlaq adlandırıb.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək