Çinin şimalındakı Şensi əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 11 işçi həlak olub.
Oxu24.com xəbər verir ki,CCTV dövlət televiziyasının xəbərinə görə, dünən axşam yerli vaxtla saat 20:00 radələrində Yanan şəhərinin Yançuan rayonunda Şintay kömür mədənində partlayış baş verib.
Partlayış zamanı mədəndə olan 90 işçidən 11-i həyatını itirib.
Xilasetmə qrupları tərəfindən ağır yaralanan 81 işçidən 2-ni müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmasa da, 9 işçinin cansız cəsədi tapılıb.
Qəzanın baş verdiyi şaxtanın 2020-ci ildə fəaliyyətə başladığı və buradan ildə 300 min ton kömür çıxarıldığı açıqlanıb.
Ölümcül mədən qəzaları
Son illərdə qəzaların sayı azalsa da, infrastrukturun köhnə və təhlükəsizlik qaydalarının qeyri-kafi olduğu Çində mədən müəssisələrində qəzalar tez-tez baş verir.
2021-ci ilin sentyabrında Çinxay əyalətində çökən kömür mədənində qalan 19 işçi həyatını itirib.
2021-ci ilin dekabrında Şansi əyalətində qeyri-qanuni fəaliyyət göstərən kömür mədənini su basması 2 işçinin həyatına son qoydu.
25 fevral 2022-ci ildə Quicou əyalətində çökən mədəndə qapalı qalan 14 işçi həyatını itirdi.
25 dekabr 2022-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsindəki qızıl mədənində baş verən çökmədə 40 işçi sıxışıb, 18 nəfəri xilas etmək mümkün olmayıb.
Daxili Monqolustan Muxtar Bölgəsində fevralın 22-də açıq kömür mədənində baş verən çökmə nəticəsində torpaq qalaqları altında qalan 5 işçi həyatını itirib.
Fevralın 27-də Sıçuan əyalətində mədənin çökməsi nəticəsində 5 işçi həlak olub.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR