Ermənistandakı 102-ci Rusiya hərbi bazasında xidmət aparan rusiyalı hərbçilər Ermənistan vətəndaşlarını döyüblər.
OXU24.COM bildirir ki, axar.az erməni mediasına istinadən xəbər verir ki, hadisə Gümrüdəki kafelərdən birində baş verib.
Kafedə alkoqollu içki qəbul edən rusiyalı hərbçilər səs-küy salıblar. İaşə obyektində çalışan işçilərin onları sakitliyə riayət etməyə dəvət etmələri rusiyalı hərbçilərin xoşuna gəlməyib və nəticədə mübahisə yaranıb.
Artıq insidentlə əlaqədar Rusiya Silahlı Qüvvələrinin üç hərbçisi saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR