Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94132
az

Kabildə güclü partlayış oldu

19:1421 Avqust, 2023
49
DÜNYA
  • A

Oxu24.com Aamaj News  agentliyinə istinadən xəbər verir ki,  Əfqanıstanın paytaxtı Kabildə partlayış  baş verib.

Partlayış şəhərin mərkəzində baş verib. Cihaz avtomobilə yerləşdirilib. Mümkün qurbanlar barədə hələlik məlumat yoxdur.

Əl-Ərəbiyyə telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, bundan əvvəl bir sıra ərəb və Qərb ölkələrinin səlahiyyətliləri Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər.

Onların fikrincə, bu qərara səbəb “təhlükəsizlik sahəsində təhdidlər” olub.

Əl-Ərəbiyyə mənbələri hansı dövlətlərin Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərinin işini dayandırmaq qərarına gəldiyini açıqlamayıb.

Bundan əvvəl Əfqanıstanın “Hasht e Subh” qəzeti mənbəyə istinadən Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşlarının Əfqanıstanı tərk edərək krallığa qayıtdığını yazıb.

BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Markus Potzel bildirib ki, Qərbin respublikada, o cümlədən terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə maraqları var.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İspaniya 19 Leopard 2 A4 tankını Ukraynaya təhvil verməyi planlaşdırır
Bişkekdə atışma baş verib
Rusiya Belqorod vilayətində Ukraynaya  məxsus 16 vampir mərmisini vurub

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər