Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94082
az

Associated Press:  Niger üsyançıları ilə danışıqları nəticəsiz qaldı

15:4020 Avqust, 2023
90
DÜNYA
  • A

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) nümayəndə heyətinin Nigerdə ​​hakimiyyəti ələ keçirmiş Vətəni Müdafiə Milli Şurasının (CNSP) üsyançıları ilə apardığı danışıqlar nəticəsiz qalıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Associated Press nümayəndə heyətinin anonim üzvünə istinadən məlumat yayıb.

 

Diplomat bildirib ki, Nigerdəki böhranın sülh yolu ilə həlli üçün təxminən iki saat davam edən danışıqlar demək olar ki, heç bir nəticə verməyib. Bundan əlavə, hərbi müdaxilənin qarşısını almaq üçün əlavə addımlar müəyyən edilməyib.

 

Xüsusilə, ECOWAS nümayəndələri devrilmiş prezident Mohamed Bazum-un azad edilməsində və səlahiyyətlərinin bərpasında təkid edirdilər, üsyançıların lideri general Abdurahman Tchiani isə CNSP nümayəndələrinə qarşı sanksiyaların ləğvini tələb edirdi. Bununla belə, hər iki tərəf güzəştə getməyib.

Danışıqların nəticəsiz qalmasından sonra ECOWAS nümayəndə heyəti Nigeri tərk etmək niyyətindədir.

Avqustun 19-da ECOWAS hərbi koalisiyası konstitusiya quruluşunu bərpa etmək üçün Nigerə hərbi müdaxilə etmək niyyətini təsdiqləyib və müdaxilənin başlanması üçün vaxt seçdiklərini açıqlayıb.

Bundan sonra ECOWAS diplomatik nümayəndə heyəti Nigerə gəldi və Tchiani ilə ilk dəfə şəxsən görüşdü. Üsyançıların lideri bildirib ki, ölkəsi müharibə istəmir, lakin buna hazırdır. Daha əvvəl bildirilmişdi ki, Niger silahlı qüvvələri hücumu dəf etmək üçün qoşunları sərhədlərə çəkir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər