Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94059
az

Konqoda  7 ayda 230 nəfər vəbadan ölüb

22:1619 Avqust, 2023
83
DÜNYA
  • A

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Konqo Demokratik Respublikasında (KDC) 7 ayda 230 nəfərin vəbadan öldüyünü açıqlayıb.

Oxu24.com xəbər verir  ki,UNICEF-in KDC koordinatoru Şameza Abdulla tərəfindən edilən yazılı açıqlamada, 7 ayda əksəriyyəti uşaqların 31 mindən çox insanın vəba xəstəliyindən şübhələndiyi və ya təsdiqləndiyi bildirilib.

Açıqlamada ilin 7 ayında vəba səbəbiylə 230 nəfərin həyatını itirdiyi vurğulanıb, “Vəba epidemiyasının böyüklüyü və təhdid etdiyi təxribat həyəcan təbili çalır”,-deyə qeyd edilir.

Təcili tədbirlər görülməsə, epidemiyanın ölkəni daha çox təsir edə biləcəyinə diqqət çəkilərək, münaqişələr səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan insanların vəziyyətdən mənfi təsirləndiyi bildirilib.

2017-ci ildə KDC-də baş verən vəba epidemiyasında ən azı 1000 adam öldü.

“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Ölkədə təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə də xəstəlik və ölüm riskini artırır.

KDC-də malyariya, poliomielit, tif qızdırması və meymun çiçəyi kimi epidemiyalar da yaygındır.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə məşhur siyasətçi vəfat edib
Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var
Braziliyada təbii fəlakət 107 nəfərin həyatına son qoydu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO