Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93902
az

Yaponiyanı vuran “Lan” qasırğası nəticəsində 20 nəfər xəsarət alıb

20:1715 Avqust, 2023
68
DÜNYA
  • A

Yaponiyanın mərkəzi və qərbində güclü küləklər, eləcə də leysan yağışlarla təsirini göstərən Lan tayfunu nəticəsində 20 nəfər xəsarət alıb. Ölkədə daşqınlar, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr yaşanır.

Oxu24.com xəbər verir  ki,Yaponiya Meteorologiya Agentliyi ölkənin Honsyu bölgəsindəki Kii yarımadasına çatan tayfunun ölkənin şərq və şimalında Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.

Çaylar daşıb, binalara ziyan dəyib, tayfun nəticəsində nəqliyyatın hərəkəti iflic olub.

Yaponiya İctimai Televiziyası NHK; Hyoqo Osaka, Kyoto, Şiqa və Vakayama prefekturalarında tayfun nəticəsində 20 nəfərin xəsarət aldığını bildirib.

Qasırğanın vurduğu ərazilərdə yerli bələdiyyələr 230 mindən çox sakinə daha təhlükəsiz binalarda sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.

Kyodo News xəbər verir ki, qasırğa səbəbindən Osaka prefekturasının Kansai Beynəlxalq Hava Limanında təxminən 650 nəfər qapalı qalıb, uçuşlar ləğv edilib.

Central Japan Railway Co. (JR Tokai) və West Japan Railways (JR West) Osaka prefekturasında yüksək sürətli qatar xidmətlərini ləğv etdi.

Yaponiyanın iki ən böyük aviaşirkəti, Japan Airlines (JAL) və All Nippon Airways (ANA) ölkənin qərbindən və ya qərbinə 560-dan çox reysi ləğv edib.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı