Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93713
az

Ukrayna israillilər üçün viza tətbiq etmək istəyir

16:5811 Avqust, 2023
106
DÜNYA
  • A

Oxu24.com xəbər verir  ki,Ukrayna mediası mənbəyə istinadən yazır ki, Kiyev İsraillə vizasız rejimin ləğvi imkanlarını nəzərdən keçirir və Qüdsün Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclaslarından kənarda qalmasına təşəbbüs göstərmək istəyir.


“Əsas səbəb İsrailin Ukraynaya qarşı sistematik qeyri-dost hərəkətləri və beynəlxalq arenada faktiki rusiyayönlü mövqeyidir”, - mənbə bildirib.

 

Onun sözlərinə görə, Kiyev Ukraynaya hərbi yardım göstərmək üçün İsrailin Ramşteyn formatında keçiriləcək görüşlərdən kənarda qalması təşəbbüsü ilə də çıxış edir.

 

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını pisləyən ölkələr arasında İsrail də var, lakin əvvəlki və indiki İsrail hökumətləri davamlı olaraq Kiyevə hərbi yardım və silah verməkdən çəkinərək humanitar yardımla məhdudlaşır.

 

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Qərb ölkələrinin Ukraynaya təhvil verdiyi silahların bir hissəsinin artıq İsrail sərhədləri yaxınlığında tapıldığını və bu baxımdan İsrailin Ukraynaya hər hansı silah sistemi tədarük edilərsə, onların sonda bitəcəyindən ehtiyatlandığını bildirmişdi. 

 

Müəlif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldova idxal olunan qazın qiymətində azalma gözləyir
Kremldən Dövlət Departamentinin ittihamına - Cavab
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir