Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93675
az

Çində daşqın təhlükəsi ilə əlaqədar "qırmızı" xəbərdarlıq edilib

21:1210 Avqust, 2023
80
DÜNYA
  • A

Çinin şimal-şərqindəki Heylonciang əyalətində "Xanın" tayfunun təsiri ilə artan yağışlar səbəbindən iki bölgədə daşqın təhlükəsinə qarşı "fövqəladə" xəbərdarlıq edilib.


Oxu24.com xəbər verir ki,Çinin şimal-şərqindəki Heylonciang əyalətinin meteorologiya mərkəzinin məlumatına görə, gün ərzində Ciamusi əyalətinin Tanqyuen və Çitayhi əyalətinin Boli qraflığında hər kvadrat metrə düşən yağıntının miqdarının 100 millimetri keçəcəyi gözlənilir.

Daşqın təhlükəsi ilə əlaqədar hər iki rayonda “qırmızı həyəcan” elan edilib. "Qırmızı" Çinin 4 mərhələli daşqın xəbərdarlığı sistemində ən yüksək xəbərdarlıq səviyyəsini təmsil edir. Ondan sonra təcililiyə görə "narıncı", "sarı" və "mavi" gəlir.

Yağıntının miqdarının 110 millimetrə çatacağı proqnozlaşdırılır.

Xanun tayfunu səbəbindən əyalətin Hiqanq, Ciamusi, Şuanqyaşan, Cişi və Mudantszyan şəhərlərində sabah axşama qədər hər kvadratmetrə 40 millimetrdən 80 millimetrə qədər yağıntı gözlənilir.

Cishi və Mudanjiang əyalətlərinin bəzi yerlərində yağıntının 110 millimetrə çatacağı proqnozlaşdırılır.

Şimal-şərq əyalətlərinə güclü zərbə vuran “Xanın” qasırğası səbəbindən Heylongciang əyalətindən keçən Sonqhua çayının bəzi hissələrində suyun səviyyəsi təhlükəli dərəcədə yüksəlib.

İndiyədək ştatda 374 min insan yağış və daşqınlardan zərər çəkdiyi halda, 187 min insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Avqustun 2-dən etibarən Heylongciangda yağan güclü tufan və yağıntılar 6 şəhərin 37 mahalında daşqınlara səbəb olub. Çinin mühüm taxıl istehsalı mərkəzlərindən biri olan bölgədə 258 min hektar kənd təsərrüfatı sahəsi zərər görərkən, 23 min 708 evə ziyan dəyib, 149 körpü yararsız hala düşüb.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi