Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93560
az

Fransada müsəlman gəncləri öldürməkdə ittiham olunan 5 polis məmuru saxlanılıb

18:3608 Avqust, 2023
96
DÜNYA
  • A

Fransada iyunun 27-də 17 yaşlı Nael M.-nin polis gülləsi ilə öldürülməsinə cavab olaraq Marseldə başlayan nümayişlər zamanı müsəlman gənci öldürməkdə günahlandırılan 5 çevik qüvvət polisi saxlanılıb.


Oxu24.com xəbər verir ki,Fransada Marsel prokurorunun verdiyi açıqlamaya görə, iyulun əvvəlində Marseldə keçirilən nümayişlər zamanı Məhəmməd Bendriss adlı müsəlman gənci öldürməkdə günahlandırılan 5 çevik qüvvət polisi saxlanılıb.

Bundan əlavə, Milli Polis Təhqiqat Bölməsi (IGPN) hadisənin şahidi olduqlarını əsas gətirərək 20-yə yaxın polisi ifadə verməyə çağırıb.

Evinin qarşısında yerdə tapılan və xəstəxanaya aparılarkən öldüyü təsbit edilən Bendrissin cəsədini müayinə edən həkimlər müsəlman gəncin sinəsinə dəyən rezin güllə ilə ölmüş ola biləcəyini bildiriblər.

Həkimlər hadisəni bildirdikdən sonra IGPN araşdırmaya başlayıb və bu çərçivədə əldə etdiyi 3 kamera görüntüsünü araşdırıb.

Sözügedən polis məmurlarının ifadələrini alan IGPN-in yeniyetmənin ölümü ilə bağlı araşdırmanın nəticəsini yaxın vaxtlarda açıqlaması gözlənilir.

Müsəlman gənc polis zorakılığının qurbanı

Marseldə də eyni nümayişlərdə 4 polis daha bir müsəlman gəncə qarşı kütləvi zorakılıq ittihamı ilə saxlanılıb.

Gəncin kəllə sümüyünün sınığına səbəb olan gülləni vurmaqda təqsirləndirilən polis məmurlarından biri avqustun əvvəlində çıxdığı məhkəmədə həmin gün rezin güllə ilə atəş açdığını etiraf edib.

Polis zorakılığına qarşı bir gün davam edən nümayişlər

İyunun 27-də Nael M. adlı 17 yaşlı müsəlman gəncin polis gülləsi ilə öldürülməsindən sonra ölkə daxilində keçirilən nümayişlər zorakılıq səhnəsinə çevrilib.

Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşdular.

Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərdə keçirilən etiraz aksiyalarında talan və qarət hadisələri baş verib.

 

Müəllif: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron: Fransa Rusiya ilə müharibə aparmır
ABŞ Ukraynaya qoşun yeritmək niyyətində olmadığını bildirib
Ərdoğandan HƏMAS-ın atəşkəsə razılıq verməsinə reaksiya

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO