Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93558
az

İsrail naziri Fələstinin təhsil fondlarını dondurdu

17:3008 Avqust, 2023
88
DÜNYA
  • A

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich ərəb yerli hökumətləri və Fələstin ali təhsili üçün ayrılan vəsaitləri dondurduğu bildirilir.

Oxu24.com xəbər verir ki,İsrailin İctimai Yayım Korporasiyası KAN xəbər verir ki, nazir Smotriç işğal altındakı Şərqi Qüdsdə beş illik təhsil planının maliyyələşdirilməsi üçün ayrılmış 2,5 milyard şekelin (təxminən 680 milyon dollar) transferini dondurmaq qərarına gəlib.

Bildirilib ki, Smotriç “bu məbləğin 200 milyon şekelinin (təxminən 54 milyon dollar) fələstinlilərin akademik və ali təhsilə inteqrasiyasını hədəfləyən Qüds İvrit Universitetinin hazırlıq proqramına ayrılmasına qarşı çıxdığı üçün bu qərarı verib.

İfrat sağçı və irqçi Dini Sionist Partiyasının lideri qapalı danışıqlarda bu vəsaiti “mütəşəkkil cinayətin ünsürlərin əlinə keçməsinin qarşısını almaq üçün” aldığını iddia edib: “Ərəblərin universitetlərə inteqrasiyası ultramillətçiliyi təşviq edir”. 

200 milyon şekellik qrantların transferinin dondurulması qərara alınıb

Qeyd edilib ki, Smotriç həmçinin “əvvəlki İsrail hökumətinin Fələstin ərəblərinin yerli hakimiyyət orqanlarına verməyi öhdəsinə götürdüyü 200 milyon şekellik qrantların transferini dondurmaq qərarına gəlib”.

Bildirilib ki, maliyyə naziri Smotriç “hökumət tərəfindən prioritet qaydada qərarlar qəbul etmək üçün bu vəziyyətə yenidən baxacaq”.

İsraildə ərəb vətəndaşlarının sayı əhalinin təxminən 21 faizini təşkil edir. İsrailin rəsmi məlumatlarına görə, işğal altında olan Şərqi Qüdsdə təxminən 370 min fələstinli yaşayır.

Şəhərdəki bəzi tələbələr ali təhsillərini İsrail müəssisələrində, əksəriyyəti isə Fələstin universitetlərində və ya xaricdə alırlar.

Müxalifət: İrqçilik İsrailin rəsmi siyasətinə çevrilib

İsrailin keçmiş baş naziri və ana müxalifət partiyası olan “Gələcək var”ın lideri Yair Lapid Smotriçin qərarına reaksiya verərək “irqçiliyin İsrailin rəsmi siyasətinə çevrildiyini” bildirib.

Lapid, sosial media hesabından etdiyi şərhdə, Smotrixi "yalan danışmaqda" günahlandırdı və ərəb yerli hökumətləri üçün ayrılan büdcələrin "əvvəlki hökumətin öhdəliyi" ilə deyil, qüvvədə olan məşğulluq və təhsil büdcəsi ilə əlaqəli olduğunu söylədi. 

Keçmiş baş nazir Lapid, "Mən bu hökumətdən utanıram. Utanıram ki, irqçilik İsrail Dövlətinin rəsmi siyasətinə çevrilib",-deyə qeyd edib.

İsraildə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya hökumətində Maliyyə Naziri vəzifəsində çalışmış Dini Sionizm Partiyasının lideri Bezalel Smotrich fələstinlilərə qarşı ayrı-seçkilik və irqçi siyasətləri ilə diqqət çəkir.

 

Müəllif:Afət

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələri vurulub
Türkiyədə məşhur siyasətçi vəfat edib
Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA