Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93493
az

Yedikləri hazır kökə deyil: Uğursuzluq və çətinliklər dolu həyat yaşamış üç milyarder

23:5906 Avqust, 2023
129
DÜNYA
  • A

Larri Ellison, Ceff Bezos və ya Bil Qeyts kimi sahibkarları və şirkətlərini tanımayan yəqin ki, yoxdur. Onlar dövrümüzün ən zəngin insanları siyahısına mütəmadi olaraq başçılıq edirlər. Və bu yerə gəlib çıxmaq onlar üçün heç də asan olmayıb. Dünyanın ən zəngin insanları olmazdan əvvəl onlar da böyük uğursuzluğa düçar olublar.

O da var ki, uğursuzluq hər hansı bir işin qaçılmaz hissəsidir. Səhvlər varsa, şirkət inkişaf edir, yoxdursa, durğunluq yaşayır. Artıq sahibkarlıq biznesində pis təcrübəni ətraflı təhlil etməyə imkan verən analitik vasitələrdən istifadə olunur. Çünki ən dəyərli məlumatlar səhvlərin təhlili nəticəsində ortaya çıxır.

Milli.Az uğur və sərvət əldə etməzdən əvvəl bir çox uğursuzluqlar yaşayan üç dünya şöhrətli iş adamının hekayələrini təqdim edir.

Ceff Bezos

Elektron ticarət bazarının nəhəngi olan "Amazon"un qurucusu Ceff Bezos hesab edir ki, iş adamları ən vacib dərsləri uğursuzluqdan öyrənirlər. Şirkət iki dəfə böyük uğursuzluqla qarşılaşıb.

Milyardlarla dollar qazanc gətirən uğursuzluq

1990-cı illərin sonlarında "Amazon" bir auksion saytı açaraq "eBay" ilə rəqabət aparmağa çalışdı Bu, müştəriyə məhsula öz qiymətini təklif edib almağa imkan verirdi. Bir qədər sonra Bezos etiraf etdi ki, "Amazon" hərracları heç bir işə yaramayıb. Bu yenilik "Amazon"un əsas üstünlüyü ilə - müştərinin düzgün məhsulu tapmaq və onun üçün sabit aşağı qiymət ödəmək qabiliyyəti ilə ziddiyyət təşkil edirdi. Bununla belə, bu müvəffəqiyyətsizlikdən kənar satıcılara saytda ticarət etməyə icazə vermək ideyası doğdu. Bu hadisə bu gün şirkətə milyardlarla dollar qazandıran uğurlu e-ticarət platforması "Amazon Marketplace"in yaradılması üçün ilkin şərt oldu.

Gələcəkdə səhvləri hesablamağa kömək edən uğursuz məhsul

"Amazon"un ikinci uğursuzluğu Bezosun 2014-cü ildə təqdim etdiyi "Fire Phone" smartfonu olub. "Fire Phone" "Amazon"un uğursuzluğa düçar olan ən böyük investisiyalarından biri olsa da, şirkətin rəsmi mövqeyi ondan ibarətdir ki, bu kimi uğursuzluqlar biznesin bir hissəsidir. Nəticəsi o oldu ki, "Alexa" virtual köməkçisi hazırlanarkən layihədə edilən xətalar da diqqətə alındı.

Bezosun müsahibələrindən belə aydın olur ki, o, "uğurlu uğursuzluq" anlayışına inanır. "İnsanları cəsarətli olmağa təşviq etmək öhdəliklərimdən biridir. Bu, inanılmaz dərəcədə çətindir. Uğursuzluğa düşmədən təcrübə qazanmaq mümkün deyil. Ancaq bir neçə böyük uğur nəticəsi olmayan ideyaların zərərlərini artıqlaması ilə qarşılayır", - iş adamı bildirib.

Larri Ellinson

Ellison dünyanın ən böyük proqram təminatı istehsalçısı olan "Oracle" şirkətinin yaradıcısıdır. Gələcək iş adamının uşaqlığı çətinliklər içində keçib. Larri körpəlikdə iki dəfə ağır xəstəlik keçirib, qohumlarının himayəsində böyüyən oğlan iki dəfə universitetə ​​daxil olsa da, ikisində də təhsilini yarımçıq qoyub. O, universitetdə oxumaq əvəzinə, özəl şirkətlərdə bir müddət developer kimi çalışıb və çox keçmədən anlayıb ki, daha çoxuna qadirdir. 70-ci illərin sonlarında bir neçə insanla birlikdə indi dünyaca məşhur olan "Oracle" adlı şirkət qurub.

Mühasibat uçotuna laqeyd yanaşma və itkilər

"Oracle"ın ilk illəri yüksək kommersiya nəticələri göstərib, məsələn, 1986-1990-cı illərdə onun dövriyyəsi 10 dəfə artıb. Bununla belə, 1990-cı ildə şirkət öz tarixində ilk illik zərərini qeydə alıb. Böhrana maliyyə məsələlərində uzaqgörənlik və səhlənkarlıq səbəb olub. Ellison özü etmişdi ki, mühasibat uçotuna etinasızlıq göstərməklə işdə ciddi səhvinə yol verib.

Səhvlərdən çıxan dərs

Bu böhrandan mühüm dərslər çıxarıldı, Ellison gənc menecerləri daha təcrübəli mütəxəssislərlə əvəz etdi, müştərilərə qarşı həddindən artıq səxavətli davranışını dəyişdi, həmçinin borcların vaxtında ödənilməsini tələb etdi. Bir neçə ildən sonra şirkətin zərərləri dayandı, sonrakı illərdə böyüməyə davam etdi. Hazırda "Oracle" dünyada "Microsoft"dan sonra ikinci ən böyük proqram təminatı istehsalçısı hesab olunur.

Bill Qeyts

Bill Qeyts "Microsoft" şirkəti ilə tanınır, lakin bu layihə onun ilki deyil.

İlk tələbə təcrübəsi

Harvardda tələbə olarkən Bill Qeyts həmfikirləri ilə birlikdə magistral yollarda hərəkəti oxumaq və mühəndislərə məlumat ötürmək üçün nəzərdə tutulmuş "Traf-o-data" İT şirkətini yaratdı. Proqramın məqsədi nəqliyyat sıxlığını azaltmağa kömək etmək idi, lakin daimi nasazlıqlar və uğursuzluqlar onun uğurla həyata keçirilməsinə mane olurdu.

Qlobal korporasiyaya çevrilən uğursuz layihə

Daha sonra Qeyts özü də etiraf etmişdi ki, bu biznes müəyyən qədər qazanc gətirsə də, ümumiyyətlə, uğursuz alınıb və proqram zəif icra olunub. Bu, Qeyts üçün daha güclü bir şirkəti - "Microsoft"u yaratmağa kömək edən dəyərli təcrübə idi.

Qeyd etmək lazımdır ki, Qeytsin yaratdığı "Microsoft" layihələrinin heç də hamısı uğurluq alınmayıb. Bununla belə eksperimentlərin və səhvlərin biznesdə qaçılmaz olduğunu bilən Bili heç bir çətinlik yolundan döndərməyib. Əminliklə demək olar ki, onu bu gün dünyanın ən zəngin insanlarından biri səhvləri üzərində çıxardığı nəticələri edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu şəxsi tapana 10 milyon dollar vəd etdi
ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər
Ermənistanda əsgər GÜLLƏLƏNDİ

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Dələduzluq edən paytaxt sakini həbs edilib