Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93468
az

Qatar aşdı:Xeyli sayda ölü var

16:2006 Avqust, 2023
60
DÜNYA
  • A

Pakistanın cənubunda qatarın toqquşması nəticəsində azı 15 nəfər ölüb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Geo News kanalı polisə istinadən xəbər verir.

 

Ekspress qatarın 10 vaqonunun relsdən çıxması nəticəsində daha 50 sərnişinin xəsarət aldığı qeyd edilir.

Onlara bütün lazımi tibbi yardım göstərilir.

Qatarın Kəraçidən Abbottabad istiqamətində hərəkət etdiyi məlum olub. Eyni fəlakət Pakistanın Sind əyalətində Nəvabşah şəhəri yaxınlığında baş verib.

Hazırda faciə yerində xilasetmə əməliyyatları təşkil edilir. Yaxınlıqdakı xəstəxanalar artıq fövqəladə vəziyyət elan ediblər.

Bundan əvvəl Fransanın Nitsa şəhərində turist qatarı vaqonunun aşdığı bildirilirdi. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan üçü tibb müəssisələrinə yerləşdirilib.

 

Müəllif:Aynurə Məcidova 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək