Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93333
az

Nigerdə ​​çevriliş tərəfdarları yenidən küçəyə çıxıb

21:0803 Avqust, 2023
97
DÜNYA
  • A

Nigerdə ​​dövlət çevrilişi tərəfdarları müstəqillik günü ilə bağlı nümayiş keçirib.
 

Oxu24.com xəbər verir  ki,Nigerin paytaxtı Niamey və paytaxtdan 800 kilometr uzaqlıqda yerləşən Zinder şəhərində dövlət çevrilişi tərəfdarları Nigerin Fransadan müstəqilliyinin 63-cü ildönümü münasibətilə küçələrə çıxıb.

 

Niameydəki Konserkasiya meydanına toplaşan nümayişçilər Fransanın ölkədən çıxmasını tələb edib və xuntaya dəstəklərini bir daha bəyan ediblər.

“Fransa çıxsın” və “Yaşasın xunta” yazılan pankartlar daşıyan kütlə arasında Rusiya bayraqları da diqqət çəkib.

Zinderdəki nümayişçilər də Fransa əleyhinə şüarlar səsləndiriblər.

Yerli mətbuatda paylaşılan xəbərdə təhlükəsizlik qüvvələrinin Fransa və ABŞ səfirliklərinə gedən yolları bağladığı görülüb.

İyulun 30-da Niameydə hərbi xuntanın çağırışı ilə keçirilən nümayişdə bir qrup Fransanın Niameydəki səfirliyinə girməyə cəhd edib və səfirliyin binasına ziyan vurub.

Fransa həmçinin ölkəsinin maraqlarına və vətəndaşlarına qarşı istənilən hücuma dərhal və sərt cavab verəcəyini bəyan edib.

Bugünkü nümayişlərdən əvvəl Fransa Nigerdəki xuntadan Fransanın diplomatik nümayəndəliklərini müdafiə etməsini istəyib.

İyulun 30-da keçirilən fövqəladə zirvə toplantısında Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) hərbi xuntaya prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qayıtmaq üçün bir həftə vaxt verdi.

ECOWAS, bu müddət ərzində tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla, bütün variantları nəzərdən keçirəcəklərini açıqlamışdı.

Hərbi müdaxilə ehtimalı Qərbi Afrikadakı digər xunta hökumətlərinin reaksiyasını çəkdi.

Administrasiyasında əsgərləri olan Burkina Faso və Mali, ECOWAS-a birgə bəyanatda Nigerə hərbi müdaxilənin onlara qarşı müharibə aparmaq mənasına gəldiyi barədə xəbərdarlıq edib.

Digər tərəfdən, Seneqal, Fil Dişi Sahili, Benin və Nigeriya da üzv olduqları ECOWAS-ın hərbi müdaxiləsini dəstəkləyəcəklərini açıqlayıblar.

Nigerdə ​​çevriliş

Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.

Prezidentin Mühafizə Alayının komandiri general Abdurrahmane (Ömər) Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MNŞ) xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Priqojinin məzarını betonladılar - FOTO/VİDEO
Rusiyada tanınmış jurnalist vəfat edib
Kiyevə Krımı Britaniya silahları ilə vurmağa icazə verilir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı