Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93290
az

Dünyanın ən zəngin insanları daha da varlanıblar - FOTO

22:3202 Avqust, 2023
120
DÜNYA
  • A
"Bloomberg Billionaires Index"inə görə, dünyanın ən zəngin on adamı 2023-cü ilin əvvəlindən ümumilikdə 443,2 milyard dollar qazanıb.
 
OXU24.COM  bildirir ki, indeks reytinq iştirakçılarının səhmlərinə sahib olduqları şirkətlərin qiymətli kağızlarının dəyəri əsasında hesablanıb.
 
Dünyanın ən varlı adamları siyahısında lider amerikalı iş adamı İlon Maskdır. Onun sərvəti ilin əvvəlindən 105 milyard dollar artaraq hazırda 242 milyard dollar təşkil edir.
 
Reytinqin ikinci pilləsində ilin əvvəlindən 36,1 milyard dollar qazanan Fransanın lüks mallar istehsalçısı LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernard Arno qərarlaşıb. Sahibkarın varidatı 198 milyard dollardır.
 
Üçüncü yeri tutan "Amazon"un qurucusu Jeff Bezos 49,9 milyard dollar zənginləşərək xalis sərvətini 157 milyard dollara çatdırıb.
"Microsoft"un yaradıcısı Bill Qeyts isə 136 milyard dollarlıq var-dövləti ilə dördüncü yerdə qərarlaşıb. "Oracle" İT şirkətinin yaradıcısı Larri Ellison 131 milyard dollarlıq sərvətlə (ilin əvvəlindən 39,5 milyard dollar qazanıb) beşincidir.
 
Bu arada, sanksiyalara baxmayaraq rusiyalı milyarderlər ilin əvvəlindən 32 milyard dollardan çox varlanıblar.

Məqaləyə dair fotomateriallar:

 

 əvvəlindən 32 milyard dollardan çox varlanıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb” - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ