Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93273
az

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 189-a yüksəlib

11:0902 Avqust, 2023
54
DÜNYA
  • A

İyunun 25-dən bu yana Pakistanda təsirli olan musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayı 189-a çatıb.

 

Oxu24.com xəbər verir  ki,Milli Fəlakətlərin İdarə Olunması Agentliyindən verilən açıqlamaya görə, musson yağışları ölkə daxilində həyata mənfi təsir edib.

 

İyunun 25-dən bəri ölkədə yağan təsirli musson yağışları nəticəsində baş verən fəlakətlər və qəzalar Pəncabda 69, Xeyber Paxtunxvada 53, Sinddə 21, Bəlucistanda 16, Azad Cammu Kəşmirdə 14, İslamabadda 11 və Gilgitdə 5 nəfərlə nəticələnib. 

 

Yağışlar nəticəsində 622 ev tamamilə dağılıb, 1626 baş qismən dağılıb, 1013 təsərrüfat heyvanı tələf olub.

 

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

 

Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirmiş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanmışdı.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi