Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93030
az

Çin Rusiya və Ukraynanı “taxıl ixracını davam etdirməyə” çağırıb

23:1222 İyul, 2023
156
DÜNYA
  • A

Çinin BMT-dəki (BMT) daimi nümayəndəsi Qinq Şuanq Rusiyanın Qara dəniz taxıl sazişindən çıxması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (UNSC) açıqlamalar verib.

 

Oxu24.com xəbər  verir  ki,Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Ginq Şuanq, xüsusilə inkişaf etməkdə olan ölkələrdəki ərzaq böhranını yüngülləşdirmək üçün Rusiya və Ukraynanı "qısa müddətdə taxıl və gübrə ixracatını davam etdirməyə" çağırıb.

 

Taxıl müqaviləsinin qlobal ərzaq tədarükünü qorumaq və bazarı sabitləşdirmək üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Ginq Rusiya və Ukraynanı “qısa müddətdə taxıl və gübrə ixracını davam etdirməyə” çağırıb.

Qinq hər iki ölkənin qanuni narahatlıqlarını aradan qaldırmaq üçün BMT-nin müvafiq bölmələri ilə birlikdə çalışacağına ümid etdiyini bildirib və bunun inkişaf etməkdə olan ölkələrdə ərzaq böhranının aradan qaldırılması üçün xüsusilə vacib olduğunu vurğulayıb.

“Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq”

BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths BMT TŞ-dəki çıxışında bir çox insanın Rusiyanın qərarından kədərləndiyini və məyus olduğunu xatırladıb: "Ancaq 362 milyon üçün bu, kədərli bir məsələ deyil. Bu, onların, övladlarının, ailələrinin gələcəyi ilə bağlıdır, onlar kədərlənməyəcəklər, bəziləri kədərlənəcəklər,- deyib.

Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.

Kremlin sözçüsü Dmitriy Peskov, müddəti bitmiş Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsi ilə bağlı açıqlamasında, "Taxıl dəhlizi müqaviləsi əslində sona çatdı, dayandırıldı. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl müqaviləsinə qayıdacaq. Müqavilənin Rusiya ilə bağlı hissəsi yerinə yetirilmədi" dedi. sözləri işlətmişdi.

 

Tərcümə: Nigar 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...