Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93026
az

Danimarka Qurana hücumları pisləyir

22:5622 İyul, 2023
111
DÜNYA
  • A

Danimarka Qurani-Kərimin yandırılmasını pislədiyini bəyan edib.

 

Oxu24.com xəbər verir ki,"Danimarkada din azadlığı var və bir çox Danimarka vətəndaşı müsəlmandır. Onlar Danimarka əhalisinin dəyərli bir hissəsidir", - bəyanatda deyilir.

Danimarka Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Danimarka hökuməti Qurani-Kərimin yandırılmasını pisləyir. Müqəddəs mətnlərin və digər dini simvolların yandırılması başqalarının dininə hörmətsizlik edən utanc verici bir hərəkətdir".

 

Qurani-Kərimin yandırılmasının bir çox insanı incidən, müxtəlif dinlər və mədəniyyətlər arasında ayrı-seçkiliyə səbəb olan təxribatçı bir hərəkət olduğuna diqqət çəkən açıqlamada, "Danimarkada din azadlığı var və bir çox Danimarka vətəndaşı müsəlmandır. Onlar Danimarka əhalisinin dəyərli bir hissəsidir" ifadəsi işlədilib.

Bəyanatda Danimarkanın ifadə və sərbəst toplaşma azadlığına hörmət edilməli olduğu vurğulanıb, etiraz hüququna dəstək verildiyi, lakin bunun dinc şəkildə davam etdirilməsi qeyd edilib.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi olan “Danske Patrioter (Danimarka Patriotları)” adlı marjinal qruplaşma üzvləri dünən İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar.

İslam əleyhinə pankart açan və İslamı təhqir edən şüarlar səsləndirən qruplaşma üzvləri İraq bayrağını və Quranı yerə ataraq onun üzərinə çıxıblar.

Danske Patrioter adlı marjinal qrup daha əvvəl Kopenhagendəki Türkiyənin səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Danimarkanın ifrat sağçı Sıx İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan yanvarın 27-də Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında və Kopenhagendəki məscidin yaxınlığında Qurani-Kərimi yandırıb.

İzdihamlı polisin mühafizəsi altında keçirilən aksiyalarda heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.

Paludanın təxribatına Türkiyə Cümhuriyyəti səlahiyyətlilərindən reaksiyalar gəlib. İstanbul 2 saylı Vəkillər Kollegiyası aprelin 18-də Paludan barəsində Kopenhagen polisinə cinayət işi qaldırıb.

 

Tərcümə:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan parlamenti mübahisəli qanun layihəsini qəbul etdi
Çin səfiri Britaniya XİN-ə çağırıldı
Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb