Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93003
az

Rusiyada Azərbaycan əleyhinə kampaniya davam edir... - VİDEO

17:1722 İyul, 2023
120
DÜNYA
  • A

Konstantin Zatulin, Vitali Milonov, indi də Pyotr Tolstoy.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salanların sayı  artır. Bu dəfə Rusiya Dövlət Dumasının sədr müavni və Vahid Rusiya Partiyasının üzvü Pyotr Tolstoyun açıqlaması ciddi narazılıqla qarşılanıb.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün, Çar Rusiyasının işğalçılıq ideologiyasının qalığıdır.

"Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır."

Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır və bu, Rusiya üçün də önəmlidir, - deyən Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan həmişə balanslaşdırılmış xarici siyasət yürüdür.

"Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan şəxslərin  sayının artması isə təəssüf doğurur."

Aydın Mirzəzadə, Rusiyanın rəsmi dairələri qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklərinə və təkzib edəcəklərinə inandığını deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”