Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92993
az

Meksikada qum fırtınası: 3 şəhərdə elektrik kəsilib

12:4322 İyul, 2023
83
DÜNYA
  • A

Meksikadakı qum fırtınaları 3 şəhərdə elektrik enerjisinin kəsilməsinə və maddi ziyana səbəb olub.

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Qum fırtınası Meksikanın şimalında yerləşən Sonora ştatında təsirli olub.

Fırtına əyalətin paytaxtı Hermosillo ilə yanaşı, Quaymas və Empalme şəhərlərində də təsirli olarkən, bölgədə elektrik enerjisinin yüzdə 80 kəsildiyi və maddi ziyanın olduğu bildirilib.

Ştatın 3 şəhərini vuran tufan nəticəsində bir çox binanın damları uçub, aşmış ağaclar yolları bağlayıb və nəqliyyatın hərəkətinə mane olub. Elektrik kəsilməsi ilə yanaşı, rabitədə də fasilələr yaranıb.

Qum fırtınası səbəbindən səma sarıya çevrildiyi üçün görmə qabiliyyəti azalıb.

Sonora əyalətinin qubernatoru Alfonzo Durazo təbii fəlakətdən sonra verdiyi açıqlamada fırtına səbəbiylə insan itkisinin olmadığını, yanğınsöndürənlərin və mülki müdafiə qruplarının bölgədə dəymiş ziyanı aradan qaldırmağa çalışdığını bildirib.

Qubernator Durazo həmçinin ictimaiyyətdən zərurət olmadıqca evlərini tərk etməməyi, sakit olmağı və səlahiyyətlilərin göstərişlərinə əməl etməyi xahiş edib.

Meteoroloqlar qum fırtınalarının qumu daşıyan quraq bölgələrdə güclü küləklər səbəbindən baş verdiyini də izah ediblər.

Fırtına ilə birlikdə daşıdığı toz və qumun xüsusilə astma, bronxit və allergik rinit xəstələrinin sağlamlığına mənfi təsir göstərdiyi bildirilib.

Mümkün toz fırtınası zamanı toz və qumun təsirindən qorunmaq üçün bir yerə sığınmaq, evdəki bütün hava girişlərini bağlamaq, açıq havada olmaq məcburiyyətində olanlar üçün maska ​​və eynəkdən istifadə etmək tövsiyə olunub.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ