Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92948
az

Putin və Ərdoğan Qara dənizdə gəmilərin təhlükəsizliyini müzakirə edə bilər

20:1321 İyul, 2023
70
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan gələcək təmaslar zamanı Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün tədbirləri müzakirə edəcəklər.

 

Oxu24.com xəbər  verir  ki,bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin brifinq zamanı deyib.


"İstər Türkiyədə, istərsə də Rusiyada istənilən yüksək səviyyəli təmasların, əlbəttə ki, çox geniş və ciddi gündəliyi var. Əminəm ki, sizin müəyyən etdiyiniz məsələlər də gündəmdə olacaq", - diplomat Putinin Türkiyəyə səfər edəcəyi təqdirdə bu cür tədbirlərin liderlər tərəfindən müzakirə olunub-olunmayacağı sualına cavab verib.

Eyni zamanda, Verşinin prezidentlərin mümkün gündəliyini proqnozlaşdırmağa çalışmağı yanlış hesab edib.

İyulun 17-də Ərdoğan Putinlə taxıl müqaviləsinin davam etdirilməsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

İyulun 21-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, hələlik Putin türkiyəli həmkarı ilə əlaqə saxlamaq fikrində deyil.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı