Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92922
az

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb

14:4521 İyul, 2023
88
DÜNYA
  • A

Hindistanın qərbindəki Maharaştra əyalətində güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.

 

Oxu24.com xəbər verir  ki,Yerli hakimiyyət orqanları iyulun 19-da Maharaştranın Raiqad rayonundakı kənddə baş verən sürüşmə nəticəsində ölənlərin sayının 16-ya yüksəldiyini açıqlayıb.

 

Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, 75 nəfərin xilas edildiyini, lakin xeyli insanın hələ də qapalı vəziyyətdə qaldığını qeyd edib.

 

Maharaştra əyalətinin baş nazirinin müavini Devendra Fadnavis Twitter hesabından verdiyi açıqlamada, qapalı vəziyyətdə qalan insanları tapmaq üçün çalışan axtarış-xilasetmə qruplarının hava şəraiti və bölgənin relyefi bərbad olması səbəbindən əməliyyatlarını davam etdirməkdə çətinlik çəkdiyini bildirib.

Fadnavis səlahiyyətlilərin xilas edilən yaralılar üçün bölgəyə tibbi qruplar göndərdiyini bildirib.

Kənddəki 50 təsərrüfatdan 17-nin sürüşmə nəticəsində dağıldığı qeydə alınıb.

Səlahiyyətlilər ölkədə son 2 həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayının 150-ni keçdiyini açıqlayıb.

 

Tərcümə:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron bu xəbərdən şoka düşüb
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı mitinqlər yenidən başlayıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi