Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92658
az

Almaniyanın xarici işlər naziri Putini tənqid edib

23:0217 İyul, 2023
67
DÜNYA
  • A

Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya prezidenti Vladimir Putini “taxıl müqaviləsi”ni dərhal yeniləməyə çağırıb.

 

Oxu24.com Deutsche Welle istinadən xəbər verir ki, Burbock BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iyulun 17-də deyib ki, Putin indiki fəth müharibəsində dünya aclığından silah kimi istifadə etməyi dayandırmalıdır.


Burbok dəfələrlə fasilələrə baxmayaraq, taxıl sazişini işlək vəziyyətdə saxlamağa çalışan BMT və Türkiyəyə təşəkkür edib.

Kremlin hərəkətlərinə işarə edən Almaniya XİN rəhbəri Avropa Birliyinin Putinin razılığı ilə hesablaşmamasının, Ukraynadan quru yolu ilə taxıl ixracına əmin olmasının vacibliyini qeyd edib.

Annalena Burbok Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əvvəldən qida və dərman ticarətinə təsir etmədiyini vurğulayıb.

"Rusiya prezidentinin dönə-dönə qaranı ağ adlandırması və taxıldan silah kimi istifadə etməsi onun necə vəhşicəsinə müharibə apardığını açıq şəkildə göstərir", - Almaniyanın xarici işlər naziri bildirib.

İyulun 17-də Kreml Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT arasında Ukraynaya onun nəzarətində olan Qara dəniz limanlarından taxıl ixrac etməyə icazə verən taxıl sazişinin ləğv edildiyini elan edib.

 

Tərcümə: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb
Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı