Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92654
az

Fransa Rusiyaya etiraz etdi

23:4017 İyul, 2023
82
DÜNYA
  • A

Fransanın Xarici  İşlər  Nazirliyi  Rusiyanın Qara dəniz vasitəsilə taxıl daşınmasına dair müqaviləni yeniləməmək qərarı ilə bağlı açıqlama yayıb.

 

Oxu24.com xəbər  verir  ki, “Rusiya bu regionda dəniz nəqliyyatının qarşısının alınmasına görə məsuliyyət daşıyır və Ukrayna limanlarına qeyri-qanuni blokada tətbiq edir”, - bəyanatda deyilir.

 

Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxmasını pisləyən bəyanatda Rusiyanı qlobal ərzaq təhlükəsizliyinə “şantaj”a son qoymağa və qəbul edilən qərardan geri addım atmağa çağırıb.

 

Vurğulanıb ki, Fransa öz tərəfdaşları ilə “dünyanın ən həssas əhali qrupları üçün ərzaq təhlükəsizliyi risklərini azaltmaq üçün fəaliyyətini artırmağa davam edəcək”.

 

Bəyanatda həmçinin qeyd olunub ki, Fransa Ukraynada ərzaq təhlükəsizliyi və qida çatışmazlığından əziyyət çəkən insanlara kömək etmək üçün bu il üçün beynəlxalq ərzaq yardımını 840 milyon avrodan çox artırıb.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb
Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı