Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92646
az

BMT-nin baş katibi Putinin qərarından üzülüb

21:2917 İyul, 2023
102
DÜNYA
  • A

BMT-nin baş katibi Putinin qərarına münasibət bildirib.

Oxu24.com xəbər  verir  ki,BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Qara dəniz taxıl sazişindən, o cümlədən Qara dənizin şimal-qərbində naviqasiya təhlükəsizliyinə dair Rusiya zəmanətlərini geri götürməsi qərarından dərin təəssüf hissi keçirdiyini bildirib.


“Rusiya Federasiyasının bugünkü qərarı hər yerdə ehtiyacı olan insanlara zərbə vuracaq.Yüz milyonlarla insan aclıqla, istehlakçılar isə qlobal həyat dəyəri böhranı ilə üz-üzədir. Onlar bunun əvəzini ödəyəcəklər ",-b deyə BBC BMT-nin baş katibindən sitat gətirib.

 

Razılaşmanın dayandırılması o deməkdir ki, BMT və Moskva arasında Rusiya taxıl və gübrələrinin ixracını asanlaşdırmaq üçün nəzərdə tutulan müvafiq pakt da ləğv edilib.

Quterreş əlavə edib ki, BMT-nin məqsədlərindən biri qlobal ərzaq təhlükəsizliyini təmin etməkdir.

Quterreş Rusiya prezidenti Vladimir Putinə taxıl sazişinin saxlanılması ilə bağlı yeni təkliflə cavab məktubu göndərib. Bu barədə onun nümayəndəsi Twitter-də məlumat yayıb.

 

Tərcümə: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Çarlz III xərçəng müalicəsinin xoşagəlməz nəticələrindən danışdı
Litvada  Rusiyaya daşınan iki Tesla Cybertruck saxlanılıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər