Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92600
az

Xüsusi insan olduğunuzu necə öyrənmək olar?

21:5916 İyul, 2023
104
DÜNYA
  • A

Bir heyrətamiz optik illüziya şəxsiyyətinizi yoxlamaq və özünüz haqqında yeni bir şey öyrənmək üçün istifadə edilə bilər.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, bəzi insanlar bu illüziyanı iki timsahın çənələri açıq bir-birinə baxması, bəziləri isə aralarında bir qartal meydana gəldiyi kimi görür.

Psixoloqların fikrincə, optik illüziyalarla aparılan bu cür testlər şəxsiyyətimiz haqqında daha çox başa düşməyə kömək edə bilər.

İlk gördüklərimiz və qavrayışımız bizə beynimizin gizli imkanları haqqında çoxlu maraqlı şeylər söyləyə bilər. Diqqət etdiyimiz rənglər, formalar və kölgələr beynin vizual məlumatları necə emal etdiyini və şəxsiyyətimizin bəzi sirlərini ortaya qoya bilər.

Bu testin nəticələrinə görə, ilk növbədə timsahları görsəniz, bu, sizin aqressiv xarakterinizi və güc istəyinizi göstərə bilər. Bəlkə də bu, sizin qürur duyğunuzdan və həmişə birinci olmaq, başqalarına hakim olmaq istəyinizdən xəbər verir.

İstənilən şərh subyektivdir, çünki nəzəriyyələrin heç birinin elmi təsdiqi yoxdur. Tədqiqatlar göstərir ki, optik illüziyaları şərhlərimizə şəxsiyyətimizi formalaşdıran təhsil, yaş və həyat təcrübələri kimi müxtəlif amillər təsir edə bilər. Xatirələr də bizim qavrayışımızda mühüm rol oynayır. Buna görə də zaman keçdikcə düşüncəmizdə daha qapalı və inadkar ola bilərik.

Ancaq bunu çox ciddi qəbul etmək lazım deyil, çünki ağlımız tez-tez bizimlə oynayır. Hər bir insanın özünəməxsus şəxsiyyəti var və bu illüziya elmi bizə özümüz üçün faydalı vaxt keçirməyə və bəlkə də həyatda bizim üçün nəyin vacib olduğunu düşünməyə kömək edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü