Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92364
az

"Almaniya Azərbaycandan qaz tədarükünü artıracağına ümid edir"

18:5608 İyul, 2023
617
DÜNYA
  • A

Almaniya Azərbaycandan qaz tədarükünü artıracağına ümid edir.

Bu barədə Trend-ə Alman-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Baumann deyib.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Uniper" şirkəti arasında əməkdaşlığın böyük perspektivləri var:

""Uniper" ölkəmizə ən böyük qaz tədarükçülərindən biridir və Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Almaniyaya nəqli baxımından SOCAR ilə əməkdaşlıq çox dəyərlidir. Azərbaycandan Almaniyaya qaz tədarükünün artırılması zərurətini nəzərə almalıyıq, çünki bu, gələcəkdə bizə lazım olacaq. Azərbaycanla Avropa Komissiyası arasında imzalanan sənəd 2027-ci ilə qədər Xəzər regionundan Avropaya qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutur və hesab edirəm ki, Almaniya "Uniper" şirkəti tərəfindən təmin edilən bu tədarüklərdən yaxşı pay alacaq".

Xatırladaq ki, 2022-ci ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb və bu memorandum əsasında 2027-ci ilə qədər Avropa İttifaqı bazarına Azərbaycan qazının tədarükünün iki dəfə artırılması planlaşdırılır.

Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. 2023-cü ildə ölkəmiz Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır - Yucin Si
Ən böyük qaz yatağı bağlanacaq
Rusiyada işçi çatışmazlığı görünməmiş həddə çatıb – RƏSMİ

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO